"Dəmirbank" yeni kredit kampaniyasına başlayır

Maliyyə
  • 29 sentyabr, 2015
  • 06:22
Dəmirbank yeni kredit kampaniyasına başlayır

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Dəmirbank” ASC müəllimlər günü münasibətilə bütün təhsil işçilərinə nağd pul kreditini güzəştli şərtlərlə təklif edəcək. "Report" Banka istinadən xəbər verir ki, aksiyanın şərtlərinə görə, müştərilər 8 min manatadək nağd pul kreditini 36 ayadək və illik faiz dərəcəsində 2%-dək endirimlə əldə edə bilərlər. Qeyd edək ki, aksiya oktyabrın 1-15-də keçiriləcək.

"Dəmirbank" müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Qeyd edək ki, "Dəmirbank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

44 - Tezliklə