​"Dəmirbank" yeni əmanət kampaniyası keçirir

​"Dəmirbank" yeni əmanət kampaniyası keçirir Kampaniya may ayının 10-dək davam edəcək
Maliyyə
11 Aprel , 2016 15:28
​Dəmirbank yeni əmanət kampaniyası keçirir

Bakı. 11 aprel. REPORT.AZ/ "Dəmirbank" ASC dollar əmanətləri üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində "Dəmirbank"ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7%-lə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7% gəlir gətirir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Belə ki, müştəri yerləşdirdiyi əmanətin sığortalanmasını istəyərsə, ƏSF tərəfindən müəyyən edilmiş 3% dərəcəsi ilə yerləşdirildikdə belə plastik kartda əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür. Əmanətlərin artırılması prosesinin sədələşdirilməsi məqsədilə müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb.

Qeyd olunmuş kampaniya mayın 10-dək davam edəcək.

“Dəmirbank” həmçinin manat əmanətlərindən qısa müddətdə illik 16%-dək gəlir əldə etməyi də təklif edir.

Son xəbərlər

Orphus sistemi