​"Dəmirbank" yay təcrübə proqramı elan edib

​"Dəmirbank" yay təcrübə proqramı elan edib Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1-3 ay müddətinə nəzərdə tutulub
Maliyyə
137
25 May , 2015 14:22
​Dəmirbank yay təcrübə proqramı elan edib

Bakı. 25 may. REPORT.AZ/ "Dəmirbank" ASC “Yay təcrübə proqramı” üçün sənəd qəbulunu mayın 31-nə qədər davam etdirəcək. "Report"un məlumatına görə, “Yay təcrübə proqramı”na iqtisadiyyat və idarəetmə sahələrində təhsil alan, peşəkar ünsiyyət qurmaq bacarığı və yüksək analitik düşünmə qabiliyyətinə,“MS Office” proqramları üzrə ümümi biliklərinə sahib olan və xarici dil bilikləri yaxşı səviyyədə olan tələbələr qoşula bilər.

Məlumata görə, namizədlər öz CV-lərini hr@demirbank.az ünvanına göndərə bilərlər. Təcrübə müddəti tələbələrin və Bankın razılığı ilə 1, 2 və 3 ay müddətinə nəzərdə tutulub.

Ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.