“Dəmirbank” xarici investorların nəzarətinə keçir

“Dəmirbank” xarici investorların nəzarətinə keçir ​Əcnəbi səhmdarların Bankdakı payı 93%-ə çata bilər
Maliyyə
11 İyul , 2017 12:40
“Dəmirbank” xarici investorların nəzarətinə keçir
Report

Bakı. 11 iyul. REPORT.AZ/ “Dəmirbank” ASC-nin 105 mln. ABŞ dolları məbləğində xarici öhdəliyinin I dərəcəli kapitala çevrilməsi planı xarici investorların Bankdakı payını 93%-ə çatdıra bilər.

“Report” xəbər verir ki, hazırda “Dəmirbank”ın nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğin 25%-ni və yaxud 5,25 mln. manatını Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), 10%-ni və yaxud 2,1 mln. manatını Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), qalan 65%-ni və yaxud 13,65 mln. manatını isə Bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyev və onun ailə üzvləri daxil olmaqla yerli səhmdarlar təmin edib. Yəni, hazırda Bankda xarici investorların payı 35% və yaxud 7,35 mln. manatdır.

Yeni kapitallaşma planına əsasən, “Dəmirbank”ın nizamnamə kapitalı 105 mln. dollar və yaxud bugünkü məzənnə ilə 178,5 mln. manat artırılaraq 199,5 mln. manata çatdırılacaq. Kapital artımı son vaxtlar Azərbaycanın bank sektorunda geniş yayılmış təcrübə - xarici investorlara qaytarılmalı olan borcların adi səhmlərə çevrilməsi yolu ilə həyata keçiriləcək. Bu isə o deməkdir ki, Bankın nizamnamə kapitalında yerli səhmdarların payı 13,65 mln. manat (6,85%) qalacaq, xarici səhmdarların payı isə 185,85 mln. manat (93,15%) olacaq.

Son xəbərlər

Orphus sistemi