Bakı. 21 sentyabr. REPORT.AZ/ "Dəmirbank" ASC 2017-ci ildə virtual infrastruktur üçün lisenziyalarının alınması və məlumatların arxivləşdirilməsi üçün avadanlığın satın alınması məqsədilə açıq tender elan edib.
“Report” bu barədə banka istinadən xəbər verir.
İştirakçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 28-nə qədər poçt vasitəsi ilə və yaxud şəxsən Bankın baş ofisinə (Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanına) təqdim etməlidirlər. Sənədlərə tenderdə iştirak etmək üçün ərizə, xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri, tender təklifi, tender təklifini xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd, iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin surətləri, iddiaçı fiziki şəxs olarsa, fəaliyyətini əks etdirən sənədlərin surətləri və Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış daxildir.
Tender üzrə əlaqələndirici şəxs İradə Mikayılovadır. (tel.: (077) 250 61 55, (012) 444 71 71 (daxili: 338), faks: (012) 444 72 14).