​"Dəmirbank" sahibkarlara iri kreditlər təklif edir

​"Dəmirbank" sahibkarlara iri kreditlər təklif edir "Dəmirbank" ASC sahibkarlara 100 min manatadək kreditlər təklif edir
Maliyyə
113
1 Aprel , 2015 17:15
​Dəmirbank sahibkarlara iri kreditlər təklif edir

Bakı. 1 aprel. REPORT.AZ/ “Dəmirbank” ASC sahibkarlara 100 min manatadək məbləğdə mikro və kiçik kreditlər təklif edir. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, müddəti 36 ayadək olan mikro və kiçik kreditlərin məbləğindən asılı olaraq onun təminatı qismində zaminlik, avtomobil, şəxsi ev əmlakı, daşınan və daşınmaz əmlak, biznes avadanlıqları, qiymətli metallar, qiymətli kağızlar, dövriyyədə olan əmtəə-mal qalığı ola bilər.

Xatırladaq ki, ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi