“Dəmirbank”ın əmanətçilərinə 45 mln. manatdan artıq kompensasiya ödənilib

Maliyyə
  • 04 aprel, 2018
  • 08:26
“Dəmirbank”ın əmanətçilərinə 45 mln. manatdan artıq kompensasiya ödənilib

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu il fevralın 1-dən, ləğvedicisi olduğu “Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə 45,5 mln. manat  kompensasiya ödəyib.

“Report” xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Qeyd edək ki, kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə, Bankın 26 filialında ödənilir. Əmanətçilər kompensasiya üçün 1 il müddətində müraciət edə bilərlər. 

44 filmi