Daşınmaz əmlak girov qoymaqla təmir işləri üçün sərfəli kredit əldə edin!

Maliyyə
  • 10 yanvar, 2022
  • 07:10
Daşınmaz əmlak girov qoymaqla təmir işləri üçün sərfəli kredit əldə edin!

"Kapital Bank" ASC hər zaman müştərilərinin pula tələbatını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla "Kapital Bank"dan 100 000 manata qədər kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və yaxud Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (050) 999 81 96 "WhatsApp" nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir, Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, "BirKart" sifarişi üçün – https://kbl.az/tkstcrd.