Çində dolların məzənnəsi yeni rekord həddə çatıb

Çində dolların məzənnəsi yeni rekord həddə çatıb Bu, dünya valyutalarına təzyiqi artıracaq
Maliyyə
21 Noyabr , 2016 11:53
Çində dolların məzənnəsi yeni rekord həddə çatıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) bu gün, noyabrın 21-də dolların rəsmi məzənnəsini son 8,5 ilin maksimal səviyyəsinə yüksəldərək 6,8985 CNY-də təsdiqləyib. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 2008-ci il iyunun 17-dən sonra dolların ən yüksək məzənnəsidir. 

Qeyd edək ki, ÇXB son 12 gündə ardıcıl olaraq yuanı devalvasiya edir və bu müddət ərzində yuan dollarla müqayisədə 2,2% ucuzlaşıb. Həmçinin, bu, Çin tarixində ən uzun devalvasiyadır.

"Report"un analitik qrupu bildirir ki, bu gün Çinin nağd valyuta bazarında dolların məzənnəsi 6,9053 CNY/USD-yə qədər yüksəlib. Məzənnənin ilin sonuna qədər 7,00 yuan həddini keçməsi istisna edilmir. Belə olarsa, dünya valyutalarına təzyiq daha da artacaq.

Son xəbərlər

Orphus sistemi