Çin yuanının beynəlxalq miqyasda istifadəsi genişləndiriləcək

Çin yuanının beynəlxalq miqyasda istifadəsi genişləndiriləcək Çin hökuməti RMB-nin (renminbi – yuanın rəsmi adı) beynəlxalq əməliyyatlarda istifadəsini daha da genişləndirmək məqsədilə əcnəbi mərkəzi banklarda valyuta ehtiyatı qismində toplanmasını təşviq etmək üçün xüsusi pilot proqramını işə salıb.
Maliyyə
17 Avqust , 2020 18:24
Çin yuanının beynəlxalq miqyasda istifadəsi genişləndiriləcək

Çin hökuməti RMB-nin (renminbi – yuanın rəsmi adı) beynəlxalq əməliyyatlarda istifadəsini daha da genişləndirmək məqsədilə əcnəbi mərkəzi banklarda valyuta ehtiyatı qismində toplanmasını təşviq etmək üçün xüsusi pilot proqramını işə salıb.

“Report” Çin Xalq Bankının (Bank of China) saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın hesabatında bildirilir.

Belə ki, RMB-nin beynəlxalq miqyaslı valyutaya çevrilməsindən on il sonra əcnəbi sərmayədarları tərəfindən daha geniş istifadə olunacağı güman edilir.

Bu il də koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, yuanın beynəlxalq əməliyyatlarda istifadəsi artmağa davam edir. Belə ki, ekspertlərə görə hazırda xarici ölkələrin mərkəzi banklarının 70 faizindən çoxu qızıl və valyuta ehtiyatlarına RMB-ni daxil ediblər.

“Çin kapital bazarı daha da açıq hala gətirilməlidir ki, bunun üçün də RMB sərbəst tədavül olmalıdır”, - İMF-nin Çin üzrə icraçı direktoru Cin Joqsia deyib.

Son xəbərlər

Orphus sistemi