Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın borc öhdəliklərinin ən böyük sahibi olan Çin ardıcıl altı aylıq azalmadan sonra ötən ilin dekabr ayında ABŞ
"Report" xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin məlumatlarından görmək olar.
Maliyyə Nazirliyinin məlumatına görə, investisiyalar 2,1 milyard dollar artaraq 1 trilyon 123,5 milyard dollara çatıb. Bu baxımdan, ikinci yerdə ABŞ dövlət istiqrazlarına qoyulan investisiyaları 5,7 milyard dollar artıraraq 1 trilyon 42,3 milyard dollara çatdıran Yaponiya qərarlaşıb.
Siyahıda Braziliya (303,1 milyard dollar) üçüncü, İrlandiya (280 milyard dollar) dördüncü, Böyük Britaniya (272,9 milyard dollar) isə beşinci yerdə qərarlaşıb. "US Treasuries"in "top-10"luğunda həmçinin İsveçrə, Lüksemburq, Kayman adaları, Honkonq, Belçika da var.
Dekabr ayında "US Treasuries"dəki qeyri-rezident investisiyaların ümumi həcmi 60 milyard dollardan çox artaraq 6 trilyon 265,2 milyard dollara çatıb. Bu məbləğdən, təxminən, 3,95 trilyon dollar xarici ölkələrin hökumətlərinə və ya mərkəzi banklarına məxsusdur.