Çin iqtisadiyyatı tənəzzül edir

Çin iqtisadiyyatı tənəzzül edir Bu ilin iki ayı ərzində Çində sənaye istehsalının son 30 ildəki ən kəskin azalması qeydə alınıb.
Maliyyə
16 Mart , 2020 12:34
Çin iqtisadiyyatı tənəzzül edir

Bu ilin iki ayı ərzində Çində sənaye istehsalının son 30 ildəki ən kəskin azalması qeydə alınıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, rəsmi statistikaya əsasən, bu ilin dekabr ayında, yəni koronavirus təhlükəsi hələ üzə çıxmamış 6,9 faiz artan sənaye istehsalı yanvar – fevral aylarında ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz azalıb.

Eyni zamanda ticarət dövriyyəsində 20,5 faiz, əsas kapitala yatırılan sərmayələrdə 24,5 faiz, ixracatda isə 17,2 faiz azalma müşahidə olunub.

Ekspertlərin fikrincə, Çin iqtisadiyyatının normal vəziyyətə qayıtması bir neçə ay çəkə bilər. Üstəlik koronavirusun dünya iqtisadiyyatında səbəb ola biləcəyi resesiya Çin mallarına tələbatı da zəiflədə bilər. Lakin ölkə hökuməti koronavirusun fəsadlarının qısamüddətli olacağı, qətiyyətli tədbirlərlə tez bir zamanda aradan qaldırıla biləcəyi qənaətindədir.

Son xəbərlər

Orphus sistemi