Çin bazarlarında geriləmə baş verib

Çin bazarlarında geriləmə baş verib Asiya – Pasifik bazarları kimi Çin birjalarında da ABŞ ilə hazırkı gərginliyin təsirilə bu günkü hərraclar zamanı əhəmiyyətli geriləmə baş verib.
Maliyyə
24 İyul , 2020 14:32
Çin bazarlarında geriləmə baş verib

Asiya – Pasifik bazarları kimi, Çin birjalarında da ABŞ ilə hazırkı gərginliyin təsirilə bu günkü hərraclar zamanı əhəmiyyətli geriləmə baş verib.

“Report” “CNBC”-yə istinadən xəbər verir ki, Şanhay birləşmiş indeksi gün ərzində 3,86 faiz azalaraq 3,196, 77 bənddə, Şenjen birləşmiş indeksi də hətta 5 faiz azalaraq 2,138,36 bənddə qərar tutub.

“Reuters” xəbər verir ki, Çin – ABŞ əlaqələrinin barometri olan Çin yuanı da son iki ayın ən böyük geriləməsini keçirərək ABŞ dollarına nisbətən ölkədaxili məzənnəsi 7,0166, xarici əməliyyatlarda isə 7,0224 səviyyəsində müəyyənləşib.

Bununla yanaşı Honkonq birjasında Hanq Senq 2,51 faiz azalıb.

Xatırladaq ki, Çin – ABŞ münasibətlərində bu gün də gərginliklə yadda qalıb. Belə ki, Çin hökuməti Ağ Evdən Çenqdu Baş Konsulluğunu bağlamağı tələb edib ki, bu da qarşı tərəfin srağagün Hyustondakı Çin konsulluğuna dair bənzər tələbinə cavab olaraq dəyərləndirilir. Dünən isə dövlət katibi Mayk Pompeo bundan belə Çinin “dünya düzənini dəyişdirmək təşəbbüsləri”nə dözmək fikrində olmadıqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi