Çex Respublikasında rekord iqtisadi tənəzzül qeydə alınıb

Çex Respublikasında rekord iqtisadi tənəzzül qeydə alınıb Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər üzündən Çex Respublikasında 2020-ci ildə ÜDM 5,6 faiz azalıb
Maliyyə
2 Mart , 2021 14:41
Çex Respublikasında rekord iqtisadi tənəzzül qeydə alınıb

Koronavirus pandemiyasının səbəb olduğu məhdudiyyətlər üzündən Çex Respublikasında 2020-ci ildə ÜDM 5,6 faiz azalıb.

“Report” “Çeska televize”yə istinadən xəbər verir ki, Çex Statistika Ofisinin məlumatına görə, bu, 1993-cü ilin 1 yanvar tarixində yaradılan müstəqil respublika tarixində ən böyük tənəzzüldür.

Karantin məhdudiyyətləri ən çox mehmanxana və turizm sahələrinə, ticarətə və nəqliyyata ziyan vurub. Həmçinin pandemiyanın birinci dalğası dövründə bir sıra sənaye müəssisələri də fəaliyyətini dayandırıb. Ölkədə istehlakçı tələbatı və sərmayədarlıq da zəifləyib.

Son xəbərlər

Orphus sistemi