"Caspian Development Bank" bazara yeni məhsul çıxarıb

Maliyyə
  • 02 mart, 2017
  • 10:01
Caspian Development Bank bazara yeni məhsul çıxarıb

Bakı. 2 mart. REPORT.AZ/ "Caspian Development Bank" ASC “Kart Mart” kampaniyasına start verib. Kartda müştəriyə 2 000 manatadək kredit xətti təqdim edilir.

"Report" bu barədə banka istinadən xəbər verir.

Bu kredit kartından həm nağd, həm də nağdsız ödənişlərdə istifadə edilə bilər. Qeyd edək ki, "Kart Mart"da komissiya 0%-dir. Kart pulsuz təqdim olunur və istifadə olunmuş məbləğin ilk 30 gününə faiz hesablanmır. Hər bir müştəri kampaniyadan yalnız bir dəfə və sadəcə mart ayı çərçivəsində yararlana bilər. 

Hər bir müştəri banka yalnız şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməklə “Kart Mart” kartına sahib ola bilər. 

44 filmi