“Capital Partners İnvestisiya Şirkəti” maliyyə vəziyyətini açıqlayıb
- 31 may, 2024
- 14:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Capital Partners İnvestisiya Şirkəti” QSC 2023-cü ili 95 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2022-ci ildən 7 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Capital Partners"in vergiyəqədərki mənfəəti 97 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 2 min manat (əvvəlki il vergi ödəməyib) olub.
Bu il yanvarın 1-nə “Capital Partners"in aktivləri 667 min manat olub ki, bu da illik müqayisədə 11,9 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 30,5 % azalaraq 41 min manata düşüb, balans kapitalı isə 16,6 % artaraq 626 min manata çatıb.
Xatırladaq ki, “Capital Partners" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı 100 % "Rabitəbank" ASC-dir.