BVF Monqolustana yarımmilyard dollara yaxın vəsait ayırıb

BVF Monqolustana yarımmilyard dollara yaxın vəsait ayırıb Vəsait ölkədə iqtisadi islahatların dəstəklənməsinə yönəldiləcək
Maliyyə
25 May , 2017 07:43
BVF Monqolustana yarımmilyard dollara yaxın vəsait ayırıb

Bakı. 25 may. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) cümə axşamı Monqolustanda iqtisadi islahatlara 434,3 mln. dollar həcmində üçillik dəstək proqramını təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.

BVF hesab edir ki, Monqolustan iqtisadiyyatı xammal məhsulları qiymətlərinin kəskin düşməsi və ölkə üçün əsas olan ixrac bazarlarında artım tempinin zəifləməsi səbəbindən ciddi zərər çəkib. Ölkə hökuməti, öz növbəsində, iqtisadiyyatın bərpa olunması üçün proqram həyata keçirir.

Beləliklə, Monqolustanda islahatların maliyyələşdirilməsinə yönəldilən vəsaitin ümumi həcmi 5,5 milyard dollar təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi