Büdcə təşkilatlarının xidmətlərindən daxilolmalar üzrə proqnoz 9% artırılıb

Maliyyə
  • 05 noyabr, 2021
  • 10:21
Büdcə təşkilatlarının xidmətlərindən daxilolmalar üzrə proqnoz 9% artırılıb

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 760 milyon manatını və yaxud 2,8%-ni büdcə təşkilatları ödənişli xidmətlərinin hesabına təmin edəcək.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,6% çoxdur.