Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində 297 mln. manatlıq qalıq yaranıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində 297 mln. manatlıq qalıq yaranıb Büdcənin mədaxili 9 821,6 mln. manat, məxarici isə 9 524,3 mln. manat olub
Maliyyə
10 İyul , 2018 09:40
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsində 297 mln. manatlıq qalıq yaranıb
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin mədaxili 9 821,6 milyon manat, məxarici isə 9 524,3 milyon manat təşkil edib, büdcədə 297,3 milyon manatlıq qalıq yaranıb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 6 ay ərzində büdcə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% və yaxud 2 096,8 milyon manat çox olub. Bunun 3 382,6 milyon manatını Vergilər Nazirliyi təmin edib ki, bu da illik müqayisədə 0,9% və yaxud 30 milyon manat çoxdur. Həmin vəsaitin 65,8%-i və yaxud 2 226,1 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi isə büdcəyə 1 619 milyon manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2% və yaxud 447,8 milyon manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 178,9 milyon manat, sair daxilolmalar isə 33,1 milyon manat təşkil edib.

Azərbaycan Dövlət Neft Fondundan isə büdcəyə 4 608 milyon manat vəsait transfert edilib.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 258,2 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 125,1 milyon manat və yaxud 27,2% çoxdur.

6 ay ərzində büdcə xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% və yaxud 1 330,6 milyon manat çox olub. İqtisadi təsnifata uyğun olaraq xərclərin 38,1%-i və yaxud 3 625,7 milyon manatı sosialyönümlü istiqamətlərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% və yaxud 125,7 milyon manat çoxdur. Ümumiyyətlə isə xərclərin 4 948,8 milyon manatı və yaxud 51,9%-i cari xərclər, 3 596,3 milyon manatı və yaxud 37,8%-i əsaslı xərclər, 979,2 milyon manatı və yaxud 10,3%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 116,3 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 milyon manat və yaxud 19,5% çoxdur.

Hesabat dövründə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 100,2 milyon manat, xərcləri isə 10 843 milyon manat təşkil edib, büdcədə 4 257,2 milyon manat qalıqlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi