Bu il dünyada qızıla tələbat 14% azalıb
Maliyyə
- 03 avqust, 2017
- 07:47
Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin I yarısında dünyada qızıla tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 2 003,8 ton təşkil edib.
"Report" "World Gold Council"a istinadən xəbər verir ki, 2017-ci ilin II rübündə isə qiymətli metala tələbat illik müqayisədə 10% azalaraq 953,4 tona düşüb.
Azalmaya səbəb birjalardakı investisiya fondlarına axının azalması ilə izah olunur.
Qızıla tələbatla yanaşı, onun təklifi də azalıb. Belə ki, 2017-ci ilin II rübündə qızıl bazarında təklif illik müqayisədə 8% azalaraq 1 065,9 ton təşkil edib. Bu dövrdə qızıl hasilatı isə sabit qalıb, lakin təkrar emal 18% azalma nümayiş etdirib. Bu xəbər əmtəə birjalarında qızılın 1 unsiyasının qiymətinin 0,8% azalaraq 1 260 dollara düşməsinə səbəb olub.
Son xəbərlər
06:22
Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq
Region05:51
NYT: Klinton cütlüyü Epşteyn işi üzrə ifadə verməyə razılaşıblar
Digər ölkələr05:14
Çində körpü uçub, ölən və itkin düşənlər var
Digər ölkələr04:41
Tramp ABŞ-nin strateji mineral ehtiyatının yaradıldığını elan edib
Digər ölkələr04:08
Lekornyu: Fransanın nəhayət büdcəsi var
Digər ölkələr03:36
Zelenski Ukraynanın Kubadakı səfirini vəzifəsindən azad edib
Digər ölkələr03:11
ABŞ Prezidenti şatdauna son qoymaq üçün tədbirlər gördüyünü bildirib
Digər ölkələr02:48
Jelko Komşiç: Cənub Qaz İnterkonnektoru Bosniya və Herseqovina üçün strateji maraqdır
Digər ölkələr02:32