Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 7 %-ə yaxın artıb

Maliyyə
  • 07 noyabr, 2023
  • 12:45
Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 7 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 23 milyard 671,8 milyon manat olub.

Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin yanvar-sentyabr aylarlı ilə müqayisədə 6,8 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % artaraq 13 milyard 886,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,9 % artaraq 9 milyard 785,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,6 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,9 milyard manatlıq, o cümlədən 23 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,8 % artıb