Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 2014-cü ilin yanvar-sentyabr aylarında fiziki şəxslər arasında 126 032 pul köçürmələri həyata keçirib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə ABB üzərindən Azərbaycana 117,6 mln. dollar, 626,8 mln. rubl və 9,3 mln. avro məbləğində ödənişlərin qəbulu üzrə 97 493 tranzaksiya həyata keçirilib.
Eyni zamanda, bu ilin üç rübü ərzində Azərbaycandan ABB vasitəsilə 61,6 mln. dollar, 103,4 mln. rubl və 19,8 mln. avro məbləğində pul köçürmələri həyata keçirilib. Ümumilikdə, pul köçürmələri üzrə ölkədən 28 539 tranzaksiya həyata keçirilib.