"Azərbaycan konservativ xarici borc siyasəti həyata keçirir. Amma məşğulluq sektorun prioritet olduğunu nəzərə alaraq Dünya Bankından kredit cəlb etdik".
"Report" xəbər verir ki, bunu AMB sədri Elman Rüstəmov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.
E.Rüstəmovun sözlərinə görə, məhz ölkə başçısının Dünya Bankının rəhbər şəxsləri ilə keçirdiyi görüşlərdən sonra bank adıçəkilən layihəyə kredit ayırıb.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
Xatırladaq ki, Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 100 mln ABŞ dollar civarında kredit ayırıb. Kredit 14 illik verilir və ilk 4 il güzəşt müddətidir.
Layihənin maliyyələşməsi nəticəsində hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşacaq.