“BTB Leasing” nizamnamə kapitalını 5 dəfə artırır

“BTB Leasing” nizamnamə kapitalını 5 dəfə artırır
Maliyyə
46
6 Avqust , 2018 10:09
“BTB Leasing” nizamnamə kapitalını 5 dəfə artırır

Bakı. 6 avqust. REPORT.AZ/ “BTB Leasing” ASC nizamnamə kapitalını 120 min manat və yaxud 5 dəfə artıraraq 150 min manata çatdıracaq.

“Report”un əldə etdiyi məlumata görə, bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 120 min ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızları şirkətin 100% səhmdarı Rəsul Oqtay oğlu Bəşirov əldə edəcək.

Xatırladaq ki, “BTB Leasing” ötən ilin iyul ayında yaradılıb.