“BTB Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 18 % azalıb
- 11 may, 2023
- 06:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“BTB Kapital İnvestisiya Şirkəti” ASC 2022-ci ili 99 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 17,5 % azdır.
Ötən il “BTB Kapital”ın vergiyəqədərki mənfəəti 123 min manat (illik müqayisədə 17,4 % az), mənfəət vergisi ödəmələri isə 24 min manat (17,2 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “BTB Kapital”ın aktivləri 3,754 milyon manat olub ki, bu da illik müqayisədə 4,9 % çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 3,3 % artaraq 2,37 milyon manata, balans kapitalı isə 7,7 % artaraq 1,384 milyon manata çatıb.
Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır. İnvestisiya şirkəti səhmdarı Ruslan Cəfərovdur.