Böyük Britaniya parlamenti funt sterlinqi vurdu

Böyük Britaniya parlamenti funt sterlinqi vurdu Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb
Maliyyə
611
14 Mart , 2017 15:29
Böyük Britaniya parlamenti funt sterlinqi vurdu

Bakı. 14 mart. REPORT.AZ/ Böyük Britaniya parlamenti Baş nazir Tereza Meyə Avropa İttifaqından çıxış proseduruna başlamaq üçün rəsmən icazə verib. 

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, parlamentin hər iki palatası "Brexit"ə dəstək verib. 

Bu gün, martın 14-də kraliça Elizavetanın simvolik təsdiqindən sonra T.Mey II Dünya müharibəsindən sonra ən çətin sayılan danışıqlara başlayacaq. Hazırda ictimaiyyət tərəfindən gözlənən əsas fakt "Brexit"in formal olaraq nə zaman başlayacağı ilə bağlıdır.

Qeyd edək ki, parlamentin qərarından sonra funt sterlinq ucuzlaşmağa başlayıb. Dünənki qapanış rəqəmləri ilə müqayisədə funt dollara nisbətən 0,7% ucuzlaşaraq 1,2130 USD/GBP səviyyəsinə kimi geriləyib. "Report"un analitik qrupu bildirir ki, USD/GBP məzənnəsi üçün kritik hədd 1,1979 səviyyəsi sayılır. Funt sterlinq bu həddən aşağı enərsə, 1,14 USD/GBP-yə qədər geriləyə bilər.

Son xəbərlər

Orphus sistemi