BoE uçot dərəcəsini sabit saxlayıb

Maliyyə
  • 04 noyabr, 2021
  • 13:38
BoE uçot dərəcəsini sabit saxlayıb

İngiltərə Bankı (Bank of England - BoE) uçot dərəcəsinin 0,1% saxlanması və bazardan 895 milyard funt sterlinq dəyərində aktiv alınması barədə qərar qəbul edib.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumata görə, sözügedən məbləğin 875 milyard funt sterlinqi dövlət istiqrazlarının, 20 milyard funt sterlinqi isə orporativ istiqrazlarının payına düşür.