"Blockchain & Bitcoin Conference Baku" tədbiri çərçivəsində lotereya keçirilir
- 16 avqust, 2018
- 08:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 avqust. REPORT.AZ/ Sentyabrın 27-də keçiriləcək "Blockchain & Bitcoin Conference Baku" tədbiri çərçivəsində lotereya keçirilir.
"Report"a daxil olan məlumata görə, konfransdan əvvəl qonaqlar tədbirin rəsmi internet səhifəsinə daxil olaraq "Uğur çarxı" lotereyasında iştirak edə bilərlər.
Lotereya avqustun 13-dən başlayıb və avqustun 20-nə qədər davam edəcək. Konfrans iştirakçıları bu lotereyada şam yeməyi, biletin qiymətinə 200 manat endirim, məruzəçilərin təqdimatlarına ödənişsiz giriş imkanı qazana bilərlər.
Qeyd edək ki, "Blockchain & Bitcoin Conference Baku" tədbirini “Smile-Expo” şirkəti təşkil edib. Konfrans blokçeyn texnologiyalarına, kriptovalyutalara və onların ilkin yerləşdirilməsinə (ICO) həsr olunub.