Bitkoinin qiyməti 10 min dollardan aşağı düşüb

Bitkoinin qiyməti 10 min dollardan aşağı düşüb Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 10 min dollardan aşağı enib.
Maliyyə
29 Avqust , 2019 16:13
Bitkoinin qiyməti 10 min dollardan aşağı düşüb

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 10 min dollardan aşağı enib.

“Report” ”Bloomberg”ə istinadən xəbər verir ki, bu gün də bitkoinin birja əməliyyatlarında dəyəri azalaraq iki gün ərzində 7,64% dəyər itirərək 9 372 dollara satılıb.

Bitkoinlə yanaşı digər kriptovalyutaların da dəyəri azalıb. “Bitcoin Cash” gündəlik 3%, “Dash” 6,3%, “Ethereum” 2,25%, “Litecoin” 1,87%, “XRP (Ripple)” 1,14% dəyəri itirib.

İngilis versiyası Bitcoin drops below $10,000
Orphus sistemi