Bitkoinin dəyəri 6 min ABŞ dollarından aşağı düşdü

Maliyyə
  • 12 mart, 2020
  • 13:29
Bitkoinin dəyəri 6 min ABŞ dollarından aşağı düşdü

Ən populyar kriptovalyuta olan bitkoin cümə axşamı 20%-dən çox dəyər itirib və 2019-cu ilin may ayından bəri ilk dəfə 6 min ABŞ dollarından aşağı düşüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ticarət əməliyyatlarının nəticələri göstərir.

20-dən çox birjanın orta qiymətini hesablayan “CoinMarketCap” portalının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da bitkoin 21,63% ucuzlaşaraq 6 139 ABŞ dollarına satılıb. Kriptovalyuta ilə ticarətin ən böyük olduğu “Binance” birjasında bitkoin 17,94% dəyər itirərək 6 418 ABŞ dollarına düşüb. Saat 15:00-a qədər isə bitkoinin 6 min ABŞ dollarından da aşağı səviyyəyə düşdüyü hal olub.

Müstəqil ekspert Mənsur Hüseynov kriptovalyutanın dəyərdən düşməsinin investorların mövqelərinin zəifləməsi ilə əlaqəli olduğunu söyləyib: “Birjalarda mövqelərin açıq şəkildə məcburi zəifləməsi gedir... Kriptovalyutanın kursundakı kəskin hərəkətlər səhm bazarındakı hərəkətlərlə üst-üstə düşüb – bütün qlobal indekslər çox aşağı düşüb, kriptovalyutalar da istisna təşkil etməyib. Daha əvvəl də dediyim kimi, hazırda bazarda institusional investorlar iştirak edir və onlar kriptovalyutanı riskli aktiv hesab edirlər”.