Bitkoin bahalaşır

Bitkoin bahalaşır Ən geniş yayılmış kripto valyuta olan bitkoin bu gün Bakı vaxtı ilə saat 10.20-də orta hesabla 4,52 faiz bahalaşaraq 12.268 ABŞ dollarından satılıb.
Maliyyə
21 Oktyabr , 2020 15:36
Bitkoin bahalaşır

Ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün Bakı vaxtı ilə saat 10:20-də orta hesabla 4,52 faiz bahalaşaraq 12 268 ABŞ dollarından satılıb.

“Report” “CoinMarketCap”a istinadən xəbər verir ki, bu nəticələr 20-dən artıq birjada keçirilən hərracların orta göstəricisidir.

Ən böyük kriptovalyuta birjası olan “Binance”də isə bitkoin 3,98 faiz bahalaşaraq 12 259 ABŞ dollarından satılıb.

Müstəqil ekspert Mansur Hüseynov “RİA Novosti”yə bildirib ki, başqa kriptovalyutalar ucuzlaşmağa gedərkən bitkoin avqust ayındakı maksimum həddə yaxınlaşır: “Bu meylin dayanıqlı olması üçün qiymətlər mövcud səviyyədə sabitləşməlidir. Sonrakı hədəf 13 700 ABŞ dolları səviyyəsidir”.

Ekspertlərin qənaətincə, bitkoin gün ərzində 12 893 ABŞ dollarınadək bahalaşaraq qarşıdakı günlərdə də yüksəlməyə davam etməlidir.

Son xəbərlər

Orphus sistemi