“Birlikdə kölgədən işıqlığa doğru” kampaniyasına ictimai dəstək verilib - VİDEO

Maliyyə
  • 11 iyun, 2020
  • 10:54
“Birlikdə kölgədən işıqlığa doğru” kampaniyasına ictimai dəstək verilib - VİDEO

Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və mks.az saytı maarifləndirici videoçarx hazırlayıb.

Bu barədə “Report”a Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib.

“Düzgün mühasibat rahatlığın təminatıdır” şüarı ilə hazırlanmış videoçarxın məqsədi ölkədə “kölgə iqtisadiyyatı”nın şəffaflaşdırılması ilə bağlı aparılan tədbirlərə dəstək verməkdir.

M. Babayev deyib ki, artıq bir ilə yaxındır ki, Dövlət Vergi Xidməti iqtisadiyyatda dövriyyələrin şəffaflaşdırılması istiqamətində geniş tədbirlər görür - qanunvericilik təkmilləşdirilir, inzibatçılıq müasirləşir, yanaşmalar dəyişir: 

“Bir müddət əvvəl isə “ƏDV geri al” layihəsinə də start verilib. Ticarət, xidmət, iaşə obyektlərində alınan mallara, göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılmasının həm nağdsız ödənişlərin stimullaşdırılmasına, həm dövriyyələrin kassaya vurulmaqla vergidən yayındırılmasının qarşısının alınmasına xidmət edir və nəticə etibarilə şəffaflaşma, ağartma prosesinə müsbət təsir edir”.

Onun sözlərinə görə, bu maarifləndirici videoçarxı hazırlamaqla Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, mks.az saytı dövlətin bu istiqamətdə atdığı addımlara töhfə vermək, əhalinin maarifləndirilməsinə və Dövlət Vergi Xidmətinin apardığı “Birlikdə kölgədən işıqlığa doğru” kampaniyasına ictimai dəstək vermək istəyiblər.

M.Babayev şəffaflaşma prosesinin davamlı olacağına, belə maarifləndirmənin sahibkarlara və cəmiyyətə faydalı olacağına əminliyini ifadə edib. 

“Birlikdə kölgədən işıqlığa doğru” kampaniyasına ictimai dəstək verilib - VİDEO

44 filmi