“Birbank” sahibləri oktyabrda 2,6 milyon manat “cash back” əldə edib

Maliyyə
  • 01 noyabr, 2022
  • 07:10
“Birbank” sahibləri oktyabrda 2,6 milyon manat “cash back” əldə edib

Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinə bir sıra üstünlüklər verən pulsuz “Birbank Cashback” debet kartını təklif edir. “Birbank”lılar bu kartla etdikləri əməliyyatlara görə müxtəlif bonuslar əldə edirlər. Aktiv “Birbank Cashback” kartı istifadəçiləri oktyabr ayında bonuslardan ortalama 52 manat pul qazanıblar.

Oktyabrda “Birbank”lılar ümumilikdə 2,6 milyon manat “cash back” əldə ediblər. Bu məbləğin təxminən 100 000 manatı “Birbank” vasitəsilə kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlər etdikdə qazanılan 1% “cah back”lərin payına düşür. “Birbank”ın partnyor mağazalarında edilən alış-verişlərdən qazanılan “cah back” məbləği 121 000 manatdır. Müştərilər qazandıqları “cash back”in 86%-ni öz ehtiyaclarına istifadə ediblər. Xərclədikləri vəsaitin bir hissəsini "cah back" qismində geri almaqla yanaşı, “Birbank Cashback” debet kart sahibləri ƏDV-ni ikiqat qaytara bilirlər. Ötən ay bu kartlar vasitəsilə edilən ödənişlərdən qaytarılan ƏDV-nin ümumi həcmi 91% artaraq, təqribən 440 000 manat təşkil edib.

Bütün “Birbank” kartlarının həm taksit, həm də debet növü mövcuddur. “Birbank Cashback” debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-ə qədər, “Birbank”da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% “cash back” qazandırır. “Birbank Cashback” debet kartları ilə ay ərzində 5000 manata qədər istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.

“Birbank Miles” kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin “Birbank Miles” və “Birbank Umico” kartları ilə ay ərzində 4000 manata qədər “Kapital Bank” ASC-yə məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.

“Birbank” taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günə qədər güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. “Birbank” kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.

“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” və “Instagram” səhifəsinə müraciət edə bilərsiniz. “Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, “WhatsApp” vasitəsilə (050) 999 81 96 nömrəsinə yazın və yaxud “Birbank” mərkəzlərinə müraciət edin.

44 - Tezliklə