“BioNTech” vaksin satışından 16 milyard avro qazanmağı planlaşdırır
Maliyyə
- 09 avqust, 2021
- 13:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı “Comirnaty” vaksinini hazırlamış Almaniyanın “BioNTech” şirkəti 2021-ci ildə preparat satışından 15,9 milyard avro qazanmağı planlaşdırır.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
İyulun 21-nə olan məlumata görə, “BioNTech”-“Pfizer” konsorsiumu 100-dən çox ölkə və əraziyə 1 milyard dozadan çox vaksin göndərib. Ümumilikdə, konsorsium ilin sonunadək 3 milyard doza, 2022-ci ildə isə 4 milyard doza vaksin tədarük etməyi planlaşdırır.
“BioNTech”-“Pfizer” konsorsiumunun hazırladığı preparat artıq Avropa Dərman Agentliyi, Avropa Komissiyası tərəfindən tövsiyə olunub.
Son xəbərlər
22:47
"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə təmsilçisinə qalib gəlib
Komanda
22:30
Foto
Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib
Futbol
22:24
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
Digər ölkələr
22:00
Maduronun işinə baxan hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib
Digər ölkələr
21:53
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Xarici siyasət
21:49
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Futbol
21:42
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
21:27
Foto
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Mədəniyyət
21:22
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Region