Binədə avtobusun qatarla toqquşmasına görə sığorta ödənişlərinin verilməsinə başlanılıb

Binədə avtobusun qatarla toqquşmasına görə sığorta ödənişlərinin verilməsinə başlanılıb Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il oktyabrın 1-də Bakıda qatarla sərnişin daşıyan avtobusun toqquşması nəticəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə başlanılıb.
Maliyyə
103
18 Yanvar , 2019 14:50
Binədə avtobusun qatarla toqquşmasına görə sığorta ödənişlərinin verilməsinə başlanılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən il oktyabrın 1-də Bakıda qatarla sərnişin daşıyan avtobusun toqquşması nəticəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Bu barədə “Report”a sığorta şirkətindən daxil olan məlumatda bildirilir.

Xatırladaq ki, sığorta hadisəsi paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində, Ə.İsazadə küçəsində dəmir yolu keçidində baş verib. Yol qəzası zamanı avtobus sürücü ilə birlikdə avtobusda cəmi 42 nəfər olub, onlardan 3-ü ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzada sağlamlığa dəymiş xəsarətlər üzrə ödənilmiş və ödəniləcək sığorta ödənişlərinin cəmi məbləği 47 250 manat təşkil edib. Bundan başqa, 3 əmlaka 42 962 manat, o cümlədən “Kamaz” markalı avtomobilə 3 485 manat, qatara 27 222 manat və dəmir yolu məntəqəsinə 12 255 manat zərər dəyib.

Beləliklə, “İcbari sığortalar haqqında” qanuna əsasən, əmlaka dəyən zərərlə bağlı sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi