Beynəlxalq Bank sədrinin müşaviri Kredit Bürosunun İdarə Heyətinə sədr seçilib

Beynəlxalq Bank sədrinin müşaviri Kredit Bürosunun İdarə Heyətinə sədr seçilib "Kredit bürosu Azərbaycanda risklərin idarə edilməsində mühüm rol oynayacaq"
Maliyyə
19 Aprel , 2017 16:49
Beynəlxalq Bank sədrinin müşaviri Kredit Bürosunun İdarə Heyətinə sədr seçilib

Bakı. 19 aprel. REPORT.AZ/ "Biz ümid edirik ki, Kredit Bürosu Azərbaycanda risklərin idarə edilməsində mühüm rol oynayacaq". 

"Report" xəbər verir ki, bunu ilk kredit bürosunun təsis mərasimində çıxış edən IFC-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

A.Əzimova qeyd edib ki, yeni yaradılan qurum ölkəyə birbaşa xarici sərmayələrin (FDI) qoyulmasında da əhəmiyyətli rola malik olacaq.

"Creditİnfo Group"un təsisçisi və rəhbəri Reynir Qretarrson isə deyib ki, təmsil etdiyi ölkənin bu sahədə 20 illik təcrübəsi var: "Biz əvvəlcə təşkilatın yaradılması üçün çalışdıq və 9 üzvdən ibarət İdarə Heyətini seçdik. Elçin Əhmədovu İdarə Heyətinə sədr seçdik".

Qeyd edək ki, E.Əhmədov Azərbaycan Beynəlxalq Bankının sədrinin müşaviridir, əvvəllər isə "Joint Leasing" şirkəti və Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi