Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib

Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib Avrobondların faizi Rusiya ilə müqayisədə yüksək, Ukrayna ilə müqayisədə az olub
Maliyyə
23 İyun , 2017 16:34
Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib

Bakı. 23 iyun. REPORT.AZ/ Belarus son 6 ildə ilk dəfə beynəlxalq kapital bazarlarına çıxaraq iki tranşda 1,4 mlrd. ABŞ dolları həcmində avrobond yerləşdirib. "Report" "RBC" saytına istinadən xəbər verir ki, qiymətli kağızların çox hissəsini ABŞ investorları alıb.

Avrobond emissiyasının ilk tranşı 5 illik 800 mln. dollar həcmində və 7,125% gəlirlilik, 10 illik 600 mln. dollarlıq hissəsi isə 7,625% gəlirlilik vəd edir. "Bloomberg" agentliyindən verilən məlumata görə, 10 illik istiqrazların gəlirliliyi Rusiyanın analoji istiqrazları ilə müqayisədə 300 baza bəndi premiyaya, Ukrayna istiqrazları ilə müqayisədə isə 56 baza bəndi diskonta sahib olub.

Listinq İrlandiya Fond Birjasında aparılır, emissiya isə "Citibank" və "Raiffeisen Bank İnternational"ın vasitəçiliyi ilə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi