Baş nazir: "Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə töhfə verməkdədir"

Baş nazir: "Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə töhfə verməkdədir" Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndir
Maliyyə
24 Sentyabr , 2024 18:16
Baş nazir: Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə töhfə verməkdədir

Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib.

"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"O cümlədən, təsdiq etdiyimiz Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir. 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1,3 %, illik inflyasiya isə 3,5 % olub. Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də Hökumətin əsas vəzifələrindən biri olacaq", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi