Baş nazir: "Növbəti il və ortamüddətli dövrdə büdcə siyasətində əsas çağırışlar müəyyən edilib"

Baş nazir: "Növbəti il və ortamüddətli dövrdə büdcə siyasətində əsas çağırışlar müəyyən edilib" Azərbaycanda növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib.
Maliyyə
24 Sentyabr , 2024 18:24
Baş nazir: Növbəti il və ortamüddətli dövrdə büdcə siyasətində əsas çağırışlar müəyyən edilib

Azərbaycanda növbəti il və ortamüddətli dövr üçün büdcə siyasəti əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.

"Bu çağrışlar “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi və Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunmasıdır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi