“Banklararası Kart Mərkəzi” ilə bu il 85 milyon əməliyyat aparılıb

“Banklararası Kart Mərkəzi” ilə bu il 85 milyon əməliyyat aparılıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən 84,6 milyon kart әmәliyyatı aparılıb.
Maliyyə
2 Avqust , 2022 16:34
“Banklararası Kart Mərkəzi” ilə bu il 85 milyon əməliyyat aparılıb

Bu ilin I yarısında Azərbaycanda “Banklararası Kart Mərkəzi” (BKM) üzərindən 84,6 milyon kart әmәliyyatı aparılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Məlumata görə, əməliyyatların dəyəri milli valyutada 4,1 milyard manat, xarici valyutada isә 14,7 milyon dollar və 4,7 milyon avro təşkil edib.

BKM ölkədə emissiya olunan ödəniş kartlarından istifadə olunmaqla xidmət mərkəzləri arasında aparılan əməliyyatların emalının ölkə daxilində həyata keçirilməsi məqsədilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi