Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA Cari ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bank isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşməyə start verib.
Maliyyə
2 İyul , 2019 15:53
Ötən ay bəzi banklar kredit faizlərinə dəyişiklik edib - ARAŞDIRMA

Cari ilin iyun ayında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak və biznes kreditləri üzrə təklif edilən faiz dərəcələrinə yenidən baxılıb, bir bank isə qızıl-ziynət əşyalarının girovu ilə kreditləşməyə start verib.

“Report”un araşdırmasına əsasən, ötən ay “Rabitə Bank”da nağd kreditlər üzrə faiz dərəcələri 22%-dən 24%-ə, “Expressbank”da kiçik və orta sahibkarlıq üçün kredit dərəcələri 14%-dən 15%-ə çatdırılıb, “UniBank”da mikro kreditlər üzrə dərəcələr 20%-dən 17%-ə endirilib. Hesabat ayında “NBC Bank” lombard kreditləşməsinə başlayıb.

Hazırda nağd kreditlər üzrə ən aşağı faiz dərəcəsi "AFB Bank"da, ən yüksək – “UniBank”dadır.

Avtomobil kreditləri - NBC Bank **down** Xalq Bank **up**

Təmir kreditləri – Bank Nikoil **down** Xalq Bank, Accessbank **up**

Lombard kreditləri – AmrahBank **down** Mugan Bank **up**

İpoteka Kreditləri – Turanbank **down** Accessbank **up**

Təhsil kreditləri – Xalq Bank **down** Bank Respublika, Turanbank **up**

Təqaüd kreditləri – Turanbank, Melli İran Bankı **down** Azərbaycan Beynəlxalq Bankı **up**

Mikro kreditlər - Bank Respublika **down** Bank of Baku **up**

Kiçik və orta biznes kreditləri - AG Bank **down** AFB Bank **up**

Agro kreditlər - Naxcivanbank **down** Bank of Baku **up**

Daha ətraflı məlumat aşağıdakı infoqrafikalarda verilib:

Son xəbərlər

Orphus sistemi