"Sosial müavinətlər və əmək pensiyalarının vətəndaşlara çatdırılması “Kapital Bank” və “Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə həyata keçirilir".
“Report” xəbər verir ki, bunu
Onun sözlərinə görə, nazirlik digər bankların prosesdə iştirakı məsələsinə baxır.
"Banklarımız inkişaf etdikcə, onların şəbəkəsi genişləndikcə, biz onları keçirtdiyimiz satınalmalar sisteminə daxil edə bilərik".
Anar ƏliyevЗаместитель министра труда и социальной защиты населения Анар Алиев
“Burada qanunvericilik çərçivəsi var. “Dövlət satınalmaları haqqında” qanunun tələblərini nəzərə alaraq biz bunu edirik. Digər bankların bankomatları pensiyaların nağdlaşdırılmasına görə komissiya tuturlar. Vahid Əhmədovun təklifini əsas götürsək bu komissiya hardansa kompensasiya olunmalıdır. Nəzərə alaq ki, bu banklar özəldir, onlar bunu pulsuz etməzlər. Banklarımız inkişaf etdikcə, onların şəbəkəsi genişləndikcə, biz onları keçirtdiyimiz satınalmalar sisteminə daxil edə bilərik. Bu təklifinizi qeyd etdim və nazirlikdə bu məsələlərə baxarıq”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, deputat Vahid Əhmədov pensiyaçıların digər bankların bankomatlarından vəsait çıxaran zaman onlardan faiz tutulması məsələsini qaldırıb. Deputat bu məsələnin həll edilməsinin vacibliyini vurğulayıb.