"Bank VTB (Azərbaycan)" kreditlər üzrə komissiya haqlarını eyniləşdirib

"Bank VTB (Azərbaycan)" kreditlər üzrə komissiya haqlarını eyniləşdirib Bank dollar kreditlərini 28%, manat kreditlərlərini 30%-lə ayırır
Maliyyə
10 İyul , 2015 17:29
Bank VTB (Azərbaycan) kreditlər üzrə komissiya haqlarını eyniləşdirib

Bakı. 10 iyul. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC Mərkəzi Bankın tövsiyələrinə əməl edərək bütün pərakəndə kredit məhsulları üzrə komissiya haqlarını endirib. Belə ki, valyutadan asılı olmayaraq komissiya 1% təşkil edir.

Bankdan "Report"a bildiriblər ki, komissiya haqlarının 1%-dək endirilməsi Bankın faiz dərəcələrinə təsir etməyib – bankda faizlər dəyişilməyib.

"Fiziki şəxslər üçün kredit" əvvəlki kimi manat və dollarla verilir. Bank 300 manatdan 11 000 manat (və ya 300-10 500 dollar) məbləğinə qədər kredit təklif edir. Krediti 6 aydan 36 aya qədər əldə etmək mümkündür. Kredit üzrə faiz dərəcəsi kreditin valyutasından asılı olaraq dəyişir: dollarla olan kreditlər üçün 28%, manatla olan kreditlər üçün 30%", - deyə "Bank VTB (Azərbaycan)"ın Pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.  

Son xəbərlər

Orphus sistemi