"Bank VTB (Azərbaycan)" internat məktəbinin şagirdlərini təbrik edib

"Bank VTB (Azərbaycan)" internat məktəbinin şagirdlərini təbrik edib Bakı. 27 dekabr. REPORT.AZ/ Bank VTB (Azərbaycan)ın dəstəyilə 5 saylı xüsusi internat məktəbinin şagirdləri üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xeyriyyə konserti keçirilib.
Maliyyə
27 Dekabr , 2018 19:40
Bank VTB (Azərbaycan) internat məktəbinin şagirdlərini təbrik edib

Bakı. 27 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)"ın dəstəyilə 5 saylı xüsusi internat məktəbinin şagirdləri üçün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xeyriyyə konserti keçirilib. 

Tədbir Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunub. Bayram tədbirində uşaqlar üçün məşhur artistlər, eləcə də internat-məktəbin şagirdləri çıxış ediblər.

“Korporativ sosial məsuliyyət - "VTB (Azərbaycan)"ın fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bank əhali üçün, mütəmadi olaraq, müxtəlif layihələr reallaşdırır. Bura “Ümid Yeri” uşaq sığınacağına və uşaq idman dərnəyinə dəstək, veteranlara göstərilən qayğı, Rus Mədəniyyəti Mərkəzinin kompüter sinfi, eləcə də video avadanlıqla təchiz olunması kimi layihələr daxildir. Bugünkü tədbir gözəl ənənənin davamıdır, və uşaqların xoşbəxt üzlərini görmək bizim üçün çox xoşdur. Onlar bu konsertdən zövq aldılar", - deyə "Bank VTB (Azərbaycan)"ın Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Nigar Kərimova bildirib. 

Son xəbərlər

Orphus sistemi