“Bank VTB (Azerbaijan)” tender keçirir

“Bank VTB (Azerbaijan)” tender keçirir Bank “Cisco C300V Email Security Virtual Appliance 1Y” lisenziyaları almaq istəyir
Maliyyə
22 Sentyabr , 2017 10:05
“Bank VTB (Azerbaijan)” tender keçirir

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC “Cisco C300V Email Security Virtual Appliance 1Y” lisenziyalarının satın alınması ilə bağlı açıq tender elan edib.

“Report” Banka istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini oktyabrın 2-nə qədər kredit təşkilatının Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 38, Messenat Plaza ünvanında yerləşən baş ofisinə təqdim etməlidirlər.

Əlaqələndirici şəxs Elşən Mahmudovdur (tel.: (012) 492-00-80 (daxili nömrə 1252), faks: (012) 437-71-21, (050) 286-00-87). 

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi