“Bank VTB (Azerbaijan)” “Təhsil krediti” məhsulunu sərgiyə çıxarır
- 09 fevral, 2018
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 fevral. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC Bakıda keçiriləcək “Xaricdə təhsil” sərgisində iştirak edəcək.
“Report” xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, sərgi fevralın 10-da, JW Marriott Absheron otelində keçiriləcək. Tədbirə dünyanın müxtəlif ölkələrinin 200-dən universitet və 20-dən çox ali təhsil müəssisələrinin nümayəndələri qatılacaq.
“Bank VTB (Azerbaijan)” sərgidə ölkədə və xaricdə oxumağı planlaşdıran şəxslər üçün nəzərdə tutulmuş “Təhsil krediti” məhsulunu təqdim edəcək. Məhsul sərfəli şərtlərlə təklif olunur və təhsil almaq istəyənlər üçün çox əlverişlidir. Bu növ kredit həm ali, həm də orta-ixtisas məktəblərində təhsil haqqının ödənilməsi üçün nəzərdə tutulub. Vəsait həmçinin əlavə təhsilə, təkmilləşməyə və peşə hazırlığının da yönəldilə bilər. Borc təhsil alanın özünə və yaxud yaxın qohumuna ayrılır. Kredit almaq üçün artıq oxuyan və təhsilini davam etdirmək üçün ödəniş etməyi planlaşdıran şəxslər də müraciət edə bilər.
Sərgirə bankın mütəxəssisləri təhsil krediti barədə ziyarətçilərə ətraflı məlumat verəcək, eləcə də təhsil alanlara və onların ailələrinə xaricdə faydalı olacaq digər məhsul və xidmətlərdən danışacaq.
“Bank VTB (Azerbaijan)”ın “Təhsil krediti” məhsulu barədə ilkin ətrafı məlumatı bu lik http://ru.vtb.az/personnel/credits/educationloan.php vasitəsilə əldə etmək olar.
Sərgiyə gələcək ziyarətçilər özlərinə, övladlarına uyğun təhsil ocağı seçib, həmin müəssisənin nümayəndəsi ilə birbaşa ünsiyyətdə ola, onları bütün maraqlandıran suallara cavab ala biləcək.