"Bank VTB (Azerbaijan)" plastik kart istifadəçilərinə endirim təklif edir

"Bank VTB (Azerbaijan)" plastik kart istifadəçilərinə endirim təklif edir Ticarət və xidmət müəssisəsində bankın kartını göstərmək kifayət edir
Maliyyə
23 Noyabr , 2016 15:27
Bank VTB (Azerbaijan) plastik kart istifadəçilərinə endirim təklif edir

Bakı. 23 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC plastik kart istifadəçilərinə bir sıra xidmət obyektlərində ödəniş etdikdə 50%-dək endirim təklif edir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.

Belə ki, "Bank VTB (Azerbaijan)"ın plastik kart sahibləri "Gömrük Hospitalı"na müraciət etdikdə 50%, "Mediland Hospital"da 35%-dək, "Turk-American"da isə 15% endirim əldə edəcəklər. "Tonqal" və "Cosycafe and lounge" restoranlarında müvafiq olaraq 10% və 20% güzəştdən istifadə etmək mümkündür; 20%-dək endirim "Dream MT Travel", "EuroFlyTravel" və "Premium Travel Group" turizm şirkətlərində təklif olunur. "Gallery" mağazalarında, eləcə də "Gold/Platinum" kart istifadəçiləri üçün "Choco Bon" mağazasında alış-veriş zamanı 10%-lik endirim nəzərdə tutulub.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində "Bank VTB (Azerbaijan)" kartını göstərmək kifayət edir.

Endirimlər bütün kart sahiblərinə, həmçinin "Bank VTB (Azerbaijan)"ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bankın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.

Son xəbərlər

Orphus sistemi