​"Bank VTB (Azerbaijan)" ölkə daxilində pul köçürmələrinə başlayıb

​"Bank VTB (Azerbaijan)" ölkə daxilində pul köçürmələrinə başlayıb Pul köçürmələri manat, dollar və avro ilə həyata keçirilir
Maliyyə
18 Mart , 2016 14:38
​Bank VTB (Azerbaijan) ölkə daxilində pul köçürmələrinə başlayıb

Bakı. 18 mart. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" “Monex” pulköçürmə sisteminə qoşulub və bunun sayəsində bankın müştəriləri həm ölkədaxili, həm xaricə pul köçürə biləcək.

"Report"un banka istinadən verdiyi xəbərə görə, “Monex” sistemi istənilən məsafədə qısa müddət ərzində pul vəsaiti köçürməyə imkan verir və bu sistem vasitəsi ilə dünyada 30 000-dən çox məntəqəsinə pul göndərib və almaq olar. Pul köçürmələri manat, dollar və avro ilə həyata keçirilir.

“Monex” sistemi vasitəsi ilə Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri pul vəsaitini istənilən regionda əldə edə bilər. Məbləğdən asılı olaraq ölkə daxilində köçürmə 2 manatdan 30 manatadək (dollar və ya avro), xarici ölkəyə köçürmə isə ümumi məbləğin 1,5%-ni təşkil edir.

“Bizim üçün ən əsası hər bir müştərimizi keyfiyyətli bank xidməti ilə təmin etməkdir. Biz daim məhsul və xidmətlərimizi inkişaf etdiririk. “Monex” pulköçürmə sisteminin tətbiqi bu istiqamətdə atılan növbəti addımdır. Yeni sisteminin əsas əlverişli cəhəti odur ki, bu sistem müştərilərimizə Azərbaycan daxilində də köçürmələr etməyə imkan verir” – deyə, bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

"Bank VTB (Azerbaijan)" ASC VTB Bank ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi