Bakı. 16 iyun. REPORT.AZ/ İyulun 26-da Bakıda "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bankdan "Report"a verilən məlumata görə, tədbir Bankın baş ofisində, Xətai prospekti,38 ünvanında saat 11:00-da başlayacaq.
Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurası və Audit Komitəsinin tərkibi haqqında məsələlər daxildir.
"Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank baş ofis yanında Müştəri Xidmətləri İdarəsi də daxil olmaqla 15 filialla təmsil olunub.