Bakı. 14 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişiklik olub.
"Report" xəbər verir ki, MŞ-nın üzvü Skrınçenko Anna Aleksandrovna Bankın səhmdarlarının qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Onun yerinə hələlik heç kim seçilməyib. Bu vəzifəyə yaxın vaxtlarda təyinat olacağı gözlənilir.
Xatırladaq ki, Skrınçenko Anna Aleksandrovna 2012-ci ildən "Bank VTB (Azerbaijan)"ın rəhbərliyində təmsil olunurdu.